Hill: Trampın Rusiya və Ukrayna üzərində heç bir rıçaqları yoxdur

ABŞ prezidenti Donald Trampın səs-küylü bəyanatlarına baxmayaraq, Rusiya və Ukraynaya təsir rıçaqları yoxdur.

Bu barədə "The Hill" qəzeti məlumat yayıb.

Materialda qeyd olunur ki, Trampın vəzifəyə gəldikdən sonra Rusiya lideri Vladimir Putinə verdiyi bəyanatlar onun “güc vasitəsilə sülh” siyasətinin Ukrayna münaqişəsinə son verə biləcəyini nümayiş etdirmək məqsədi daşıyır.

“Reallıq ondan ibarətdir ki, Tramp və bütövlükdə Birləşmiş Ştatlar bu münaqişədə heç bir tərəfə çox böyük təsir göstərmir”, – məqalədə deyilir

Mövsüm

Aznews.az