- Dünyanın halı
- 15:03
- 1 056
AP Aİ ölkələrini Rusiya mediasına qarşı sanksiyaları genişləndirməyə çağıracaq
Avropa Parlamenti yeni qətnaməsində Aİ ölkələrini “dezinformasiya” iddiası ilə Rusiya mediasına qarşı sanksiyaları genişləndirməyə çağıracaq.
Bu barədə məlumat qurumun saytında bildirilir.
Qətnamənin dərc olunmuş mətnində deyilir: “Avropa Parlamenti Aİ-ni Rusiya mediasına qarşı sanksiyaları genişləndirməyə çağırır və üzv dövlətləri bu sanksiyaları tez və hərtərəfli həyata keçirməyə çağırır".
Eyni zamanda, sənəddə “Meta” şirkətinin baş direktoru Mark Zukerberqin öz platformalarında faktların yoxlanılması və moderasiya qaydalarının yumşaldılması ilə bağlı bəyanatlarından narahatlıq ifadə edilir.
Mövsüm
Aznews.az