FP: Qərb Ukraynaya təhlükəsizlik zəmanəti kimi hərbi yardım vermək niyyətindədir

NATO üzvləri Rusiya ilə “sövdələşmə” müqabilində Ukraynaya təhlükəsizlik zəmanəti üçün iki variant təklif etməyi planlaşdırır.

Bu barədə "Foreign Policy" jurnalı yayıb .

“Birinci halda, NATO üzvləri atəşkəs sazişi bağlandıqdan sonra bir neçə il ərzində Kiyevə əhəmiyyətli iqtisadi və hərbi yardım göstərməyi öhdələrinə götürürlər”, - nəşr yazır.

Bu təminat həyata keçərsə, Ukrayna Şimali Atlantika Alyansına qoşulmaq imkanı əldə edə bilər.

İkinci variant ondan ibarətdir ki, Qərb Ukraynanı “nüvə çətiri altında müdafiə edəcək, Avropa, ABŞ və Kanada isə Ukraynanı qorumağa borclu olacaqlar”.

Bununla belə, jurnal belə bir yanaşmanın məqsədəuyğunluğuna şübhə ifadə edib.

Mövsüm

Aznews.az