Cənubi Sudanda 600 nəfər həbsxanadan qaçıb

Cənubi Sudan polisi ölkədəki "zorakılıq və talan" hadisələri nəticəsində ələ keçirilən 600 nəfərin paytaxt Jubadakı hərbi təcridxanadan qaçdığını bildirib.

Polis sözçüsü Con Kassara Koang Nhial dünən verdiyi açıqlamada, paytaxt Jubadakı mərkəzdə saxlanılan 600 şübhəlinin qaçdığını və əməliyyatlar nəticəsində onlardan 410-nun geri alındığını bildirib.

Nhial, polisin qaçanları tutmaq üçün havaya atəş açdığını və qaçan digər şübhəlilərin axtarışlarının davam etdiyini qeyd edib.

Mövsüm

Aznews.az