ABŞ Səudiyyə Ərəbistanı və OPEC-i neft qiymətlərini aşağı salmağa məcbur edəcək

ABŞ prezidenti Donald Tramp Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) və Səudiyyə Ərəbistanından neftin qiymətini aşağı salmağı, o cümlədən Rusiya Federasiyasına Ukrayna ilə bağlı təzyiq etmək niyyətindədir.

O, bu barədə Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı qeyd edib.

“Mən Səudiyyə Ərəbistanı və OPEK-dən neftin qiymətini aşağı salmağı xahiş edəcəm. Əgər qiymət aşağı düşsə, Rusiya ilə Ukrayna arasında münaqişə dərhal sona çatacaq”, - Tramp bildirib.

Onun sözlərinə görə, OPEK onun tələbini yerinə yetirsə, o zaman Ukrayna münaqişəsi bitəcək.

Mövsüm

Aznews.az