Almaniya Moskvada keçirilən Qələbə Paradında iştirakdan imtina edib

Almaniyanın Rusiyadakı səfiri bildirib ki, rəsmi Berlin Qırmızı Meydandakı Qələbə Paradında iştirak edə bilməz.

"Xeyr, biz Moskvada rəsmi səviyyədə paradda təmsil olunmayacağıq", - TASS onun sözlərindən sitat gətirir .

Diplomat qeyd edib ki, Almaniya Ukraynadakı münaqişə bitənə qədər Moskvada keçiriləcək hərbi paradda iştirak edə bilməyəcək.