- Dünyanın halı
- 24 Yanvar 18:49
- 1 733
İraqda neft yatağında yanğın olub
İraqın Rumaila neft yatağında neft emalı zavodunda yanğın baş verib. İş prosesi pozulmayıb.
Reuters bu barədə mənbələrə istinadən məlumat yayıb.
Yanğın xam neft blokunun içərisindəki neft anbarında başlayıb. İki sahə mühəndisi agentliyə bildiriblər ki, yanğınsöndürənlər hələ də alovun qarşısını almağa çalışırlar.
Nəşrin məlumatına görə, iki yerli neftçi yüngül yanıq xəsarətləri alıb.
Qeyd edək ki, İraqın "Superman Rumaila" neft yatağından hasilat gündə təxminən 1,45 milyon barel təşkil edir.
Mövsüm
Aznews.az