- Dünyanın halı
- 27 Yanvar 18:31
- 2 120
Reuters: HƏMAS İsrailə 25 girovun adları olan siyahını təhvil verib

Fələstinin radikal HƏMAS hərəkatı razılaşmanın birinci mərhələsində azad ediləcək 33 israilli girovdan 25-nin adlarının siyahısını İsrailə təhvil verib.
Bu barədə hərəkatın nümayəndəsinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
“Həmas azad edilməsi planlaşdırılan 33 israilli girovdan 25-nin hələ də sağ olduğunu göstərən siyahını vasitəçilərə təhvil verib”, - materialda deyilir.
Nəşr qeyd edir ki, İsrail bu siyahını Qəzza zolağında atəşkəs razılaşmasının vasitəçilərindən alıb.
Mövsüm
Aznews.az