Finlandiyada sənaye müəssisələrində tətillər başlayıb

Finlandiyada bir neçə həmkarlar ittifaqı işçilərin maaşlarının səviyyəsi ilə bağlı işəgötürənlərlə fikir ayrılığına görə etiraz aksiyalarına başlayır.

Finlandiyanın Yle nəşri bu barədə məlumat yayıb.

Bildirilib ki, texnoloji və kimya sənayesi müəssisələri ilə danışıqları Həmkarlar İttifaqları Mərkəzi Assosiasiyasına (HİK) daxil olan Sənaye Həmkarlar İttifaqı aparır. Sonuncu iki il ərzində əmək haqqının 10% artırılması hədəfini qoyub, işəgötürənlər bu tələbi əlçatmaz hesab edirlər.

Birinci mərhələdə tətil altı gün davam edəcək. Sənaye Birliyi, məsələn, danışıqları sürətləndirmək istəyən Avtomobil və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı (AKT) və Xidmət İşçiləri Həmkarlar İttifaqı (PAM) tərəfindən dəstəklənir. Bundan əlavə, Finnair pilotları da iş şəraiti ilə bağlı danışıqlar fonunda etirazlarını bildiriblər.

Mövsüm

Aznews.az