Suriyaya sanksiyalar yumuşaldılır

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə aradan qaldırılması üçün yol xəritəsini razılaşdırıblar.

Bu barədə Aİ diplomatiyasının rəhbəri Kaja Kallas məlumat verib.

O, Brüsseldə Aİ Şurasının iclasından sonra X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb: “Biz indicə Aİ-nin Suriyaya qarşı sanksiyalarını yumşaltmaq üçün yol xəritəsini razılaşdırdıq".

Eyni zamanda o, xəbərdarlıq edib ki, Suriyanın yeni hakimiyyət orqanlarının hərəkətləri “səhv” olarsa, Avropa İttifaqı sanksiyaları yenidən bərpa edə bilər.

Mövsüm

Aznews.az