- Dünyanın halı
- 27 Yanvar 21:10
- 1 897
Böyük Britaniya və Kanada seçkilərdən sonra Belarusa qarşı sanksiyalar tətbiq edib
Böyük Britaniya və Kanada Xarici İşlər Nazirlikləri Belarusda keçirilən prezident seçkilərindən sonra, güman edilən insan haqlarının pozulması və Minsk və Moskva arasında əməkdaşlıqla əlaqədar respublika vətəndaşlarına və müəssisələrinə qarşı sanksiyalar tətbiq ediblər.
Britaniya Xarici İşlər Nazirliyi öz saytında yeni məhdudiyyətlərin altı nəfər və üç müəssisəyə şamil edildiyini bildirib.
Sanksiyalar həmçinin “Pilotsuz Helikopterlər” konstruktor bürosuna, Orşadakı “Leqmaş” zavoduna və radar sistemləri hazırlayan ALEVKURP müəssisəsinə də təsir edib.
Kanada, öz növbəsində, Xarici İşlər Nazirliyinin saytında məhdudiyyətlərin siyahısını dərc etdi, bu siyahıya seçkilərdə qalib gələn Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenkonun həyat yoldaşı Qalina Lukaşenko daxildir. Təşkilatlara gəlincə, Xüsusi Polis Dəstəsi (OMON), Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi (GUBOPiK), Belarus Dövlət Təhlükəsizlik Komitəsi (DTK), Leqmaş, Pilotsuz Helikopterlər və emal avadanlıqları ilə bağlı məhdudiyyətlər tətbiq edilib.
Mövsüm
Aznews.az