Estoniyada elektrik təchizatı 72 saat kəsilə bilər

Fevralda Estoniyanın enerji sisteminin Rusiyadan kəsilməsi zamanı respublikada 72 saat ərzində elektrik enerjisi kəsilə bilər.

Bu barədə Estoniyanın baş naziri Kristen Mixal məlumat verib.

"Ən yaxşı halda, heç bir şey olmayacaq, problem yaranarsa, növbəti addım hansı istehlakçıların əlaqəni kəsmək lazım olduğunu müəyyən etmək olacaq",- deyə baş nazir qeyd edib.

Mixal bildirib ki, 72 saat elektrik kəsilməsi ən pis variantdır. O əlavə edib ki, ölkə istənilən vəziyyətə hazırdır.

Mövsüm

Aznews.az