HƏMAS daha 7 girovu İDF-yə təhvil verib

Fələstinin radikal HƏMAS hərəkatı yeddi girovu İsrail Müdafiə Qüvvələri (IDF) və Baş Təhlükəsizlik Xidmətinə təhvil verib.

Bu barədə İDF və Şin Betin birgə bəyanatında deyilir.

"Geri qaytarılan yeddi girov hazırda İsrail ərazisinə qayıtmaq üçün İsrail ordusunun xüsusi təyinatlıları və Şin Bet qüvvələri tərəfindən müşayiət olunur və onlar ilkin tibbi müayinədən keçəcəklər", - deyə IDF Teleqram kanalında dərc olunan bəyanatda deyilir.

Bildirilib ki, İsrail ordusunun komandirləri və əsgərləri evlərinə qayıdan girovları salamlayıb. İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti HƏMAS-ın əsirliyindən qayıdanların şəxsi həyatına hörmət etməyə çağırıb.

Mövsüm

Aznews.az