Fransa Çaddakı son hərbi bazasını orduya təhvil verib

Fransa son hərbi bazasını Çad ordusuna verib və ölkədəki hərbi mövcudluğunu tamamilə dayandırıb.

Çad Baş Qərargahından verilən açıqlamaya görə, Çadın paytaxtı Enceminedəki Adji Kossei bazasına nəzarət fransız əsgərlərindən alınıb.

Bəyanatda, "Adji Kossei Bazasının ələ keçirilməsi Fransa qüvvələrinin Çaddakı mövcudluğunun tam sona çatmasını təmin etdi. Bu təhvil yüksək səviyyəli rəsmilərin iradəsi, xüsusilə prezident Məhəmməd İdris Debi İtnonun tələblərinə uyğun olaraq həyata keçirildi",- deyə qeyd edi.

Çad hökuməti müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək məqsədi ilə 28 noyabr 2024-cü ildə Fransa ilə imzalanan müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb.

Daha sonra Fransa döyüş təyyarələrinin və hərbi birləşmələrinin ölkəni tərk etməyə başladığı bildirilib.

Fransız əsgərlərinin yerləşdiyi Faya Hərbi Bazası 26 dekabr 2024-cü ildə Çad ordusuna, 12 yanvarda isə Abeçe Hərbi Bazasına təhvil verilib.

Mövsüm

Aznews.az