- Dünyanın halı
- 20:30
- 842
Latviya 373 milyon avro dəyərində hərbi müqavilə imzalayıb
Latviya Milli Silahlı Qüvvələri "General Dynamics European Land Systems" – Santa Bárbara Sistemas ilə 42 ASCOD piyada döyüş maşınının (IFV) alınması üçün 373 milyon avro dəyərində müqavilə imzalayıb.
Bu barədə "Defence Blog" yazıb.
Latviyanın müdafiə naziri Andris Spruds sazişi Latviya Silahlı Qüvvələrinin modernləşdirilməsində mühüm mərhələ adlandırıb.
“Yeni və müasir piyada döyüş maşınlarının alınması Latviya ordusunun quru qoşunlarının mexanikləşdirilməsində yeni fəsildir. Eyni zamanda, bu, yeni döyüş maşınlarının istehsalında iştirak edəcək milli hərbi sənayemiz üçün böyük razılaşmadır”, - Spruds bildirib.
Mövsüm
Aznews.az