Kallas Aİ-ni Kiyevə maliyyə dəstəyini artırmağa çağırıb

Avropa İttifaqı (Aİ) Ukraynaya 134 milyard avro ayırıb , lakin Kiyevə maliyyə dəstəyini artırmalıdır.

Bunu Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Aİ səfirlərinin Brüsseldə keçirilən illik konfransında deyib.

“Biz Ukraynanı daha güclü dəstəkləməliyik. Aİ Ukraynanın ən böyük donorudur. Biz 134 milyard avrodan çox, o cümlədən təxminən 50 milyard avro hərbi yardım göstərmişik. Daha çox iş görməli olduğumuz halda daha az iş görməkdən danışa bilmərik",-deyə o, qeyd edib.

Avropa diplomatiyasının rəhbəri həmçinin Rusiyanın tərəfdaş ölkələri və Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyaların tətbiqinə çağırıb.

Mövsüm

Aznews.az