Moldovada PUA həyacanı

Moldova hərbçiləri dövlət sərhədini icazəsiz keçən PUA qeydə alıb.

Bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Uçuş Milli Ordunun hava məkanına nəzarət sistemləri tərəfindən aşkar edilib və izlənilib. Qanun pozuntusu saat 00:30-00:45 arasında qeydə alınıb”, - deyə idarənin Teleqram-kanalında məlumat verilib.

Qeyd olunur ki, pilotsuz təyyarə Ukrayna tərəfdən gəlib və Dnestryanı ərazisi ilə Karmanovo - Mayak - Qriqoriopol marşrutu üzrə hərəkət edib. Bundan sonra pilotsuz təyyarə respublikanın hava məkanını tərk edib.

Mövsüm

Aznews.az