- Dünyanın halı
- 13:45
- 933
Orban Trampın 14 gündə dünyanı alt-üst etdiyini deyib
Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, 14 gün ərzində ABŞ prezidenti Donald Tramp dünyanı alt-üst edib – xüsusən də Ukraynada hərbi əməliyyatlara dəstəyi dayandırmaqla.
O, X sosial şəbəkəsində (keçmiş Twitter) fikirlərini bildirib.
Sosial mediada Orban fevralın 3-də Trampın andiçmə mərasimindən sonra Brüsseldə keçirilən ilk Aİ sammitini əks etdirərək bunu “qəribə toplantı” adlandırıb.
“Brüsseldə hamı Tramp tornadosunun gəldiyini görür, lakin çoxu hələ də ondan qaça biləcəklərini düşünür. Lakin bu, belə deyil”, – Orban yazıb.
Orbanın sözlərinə görə, Tramp vəzifəyə gəldikdən cəmi 14 gün ərzində sadəcə bir neçə tədbir görərək dünyanı alt-üst etməyi bacarıb. Xüsusilə, Rusiya və Ukrayna arasında hərbi münaqişəyə dəstəyi dayandırmaqla.
Mövsüm
Aznews.az