- Dünyanın halı
- 16:40
- 757
MAQATE rəhbəri Ukraynada səfərdədir
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Kiyev elektrik yarımstansiyasına gəlib.
O, bu barədə X sosial şəbəkəsində məlumat verib.
“Mən nüvə təhlükəsizliyini təmin etmək üçün lazım olan Ukrayna enerji sisteminin mühüm hissəsi olan Kiyev elektrik yarımstansiyasındayam. Nüvə qəzası ya stansiyaya birbaşa hücum nəticəsində, ya da elektrik enerjisinin kəsilməsi nəticəsində baş verə bilər”, - Qrossi yazıb.
MAQATE-nin baş direktoru izah edib ki, səfərin məqsədi Kiyev yarımstansiyasındakı vəziyyəti qiymətləndirmək və nüvə qəzasının qarşısını almaq üçün yardım göstərməkdir.
Mövsüm
Aznews.az