"ArBat" komandirini Ukrayna kəşfiyyatı partladıb?- Zelenskidən açıqlama

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Donbassda və Maydanda qətllərdə iştirak edən şəxsi məhv edib.

AzNews.az xəbər verir ki, bu barədə o, britaniyalı jurnalist Pirs Morqana müsahibəsində danışıb .

Söhbət zamanı jurnalist onad bu yaxınlarda Moskvada "Donetsk Xalq Respublikası"nın (DXR) Boks Federasiyasının prezidenti və “ArBat” batalyonunun yaradıcısı Armen Sarkisyanın ölümü ilə nəticələnən partlayışla bağlı sual verib. Suala cavab olaraq Zelenski qeyd edib ki, UTX “ukraynalıları qətlə yetirməkdə ittiham olunan şəxsi məhv etmək üçün əməliyyat keçirib”.

Eyni zamanda Ukrayna lideri bildirib ki, o, adı çəkilən şəxslə tanış deyil, kim olduğunu bilmir: "Belə olub-olmadığını söyləmək mənim üçün çətindir".

AzNews.az