Zelenski nüvə silahı istədi, Peskov güldü...

Rusiya ümid edir ki, Avropa Ukrayna prezidenti Volodimir Zelenskinin Kiyevi nüvə silahı ilə təmin etmək barədə bəyanatının absurdluğunu başa düşür.

Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, bir gün əvvəl Zelenski Kiyevə NATO üzvlüyü əvəzinə nüvə silahı verilməsini tələb edib.

Onun sözlərinə görə, bir dövlətin Şimali Atlantika Alyansına qoşulması yolu onilliklər boyu uzana bilər və bu, ölkənin özündən asılı deyil. O əlavə edib ki, Ukraynanın özünü müdafiə etmək üçün nüvə silahına ehtiyacı var.

Mövsüm

Aznews.az