Lekornu: İlk Fransız "Mirage 2000" qırıcıları Ukraynadadır

İlk Fransız Mirage qırıcıları Ukraynaya gəldi.

Bu barədə Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyen Lekornu məlumat verib.

“6 iyun 2024-cü ildə Fransa prezidenti Emmanuel Makron Fransaya məxsus “Mirage 2000” təyyarəsinin Ukraynaya təhvil verildiyini elan etmişdi.

Lekornu həmçinin qeyd edib ki, təyyarələri Fransada təlim keçmiş ukraynalı pilotlar idarə edir.