Konqoda silahlılar 50-dən çox dinc sakini öldürüb

Konqo İnkişaf Kooperativi (CODECO) qrupunun yaraqlılarının Konqo Demokratik Respublikasının (KDR) şimal-şərqindəki İturi əyalətinin bir neçə kəndinə hücumları nəticəsində azı 52 mülki şəxs həlak olub.

Bu barədə Okapi radiostansiyası məlumat yayıb.

“Bazar ertəsi (11 fevral) gecə CODECO yaraqlılarının Dqudju (İturi) ərazisindəki yaşayış məntəqələrinə hücumu zamanı azı 52 mülki şəxs həlak olub, daha 8 nəfər yaralanıb, onlarla ev yandırılıb”.

Silahlılar mülki şəxslərə atəş açıb, bəziləri pala ilə hücuma keçib. Radiostansiya mənbələrə istinadən xəbər verir ki, onlar həmçinin onlarla evi yandırıblar və bu, bölgədə geniş panikaya səbəb olub.

Mövsüm

Aznews.az