Qvatemalada sərnişin avtobusu qəzaya uğrayıb: ölənlər var

Qvatemala paytaxtı Qvatemalada içərisində 75 nəfərin olduğu sərnişin avtobusu Puente-Belise şosse körpüsündən dərəyə düşüb.

Bölgəyə çoxlu sayda təcili yardım və xilasetmə qrupları göndərilib.

Qvatemala Yanğınsöndürmə İdarəsi dəhşətli qəzada ən azı 51 nəfərin həyatını itirdiyini açıqlayıb.

Kədərləndiyini bildirən Qvatemala prezidenti Bernardo Arevalo üç günlük milli matəm elan etmək qərarına gəlib.

Arevalo, səylərə dəstək olmaq üçün ordu və fəlakətlərə yardım agentliklərini də bölgəyə yerləşdirib.

San Aqustin Acasaguastlan şəhərindən hərəkət edən avtobusun hansı səbəbdən yoldan çıxdığı məlum deyil.

Mövsüm

Aznews.az

Mövsüm

Aznews.az

image description image description image description