- Dünyanın halı
- 09:50
- 1 177
Avstraliya 172 milyon dollara 14 radar alacaq
![](https://www.aznews.az/storage/2025/02/12/965de360-3f51-3928-ab8f-05790dc69876_850.jpg)
Avstraliya Silahlı Qüvvələrinin ehtiyacı üçün yeni radarların alınmasına 171 milyon dollardan çox vəsait ayıracaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Riçard Marlz məlumat verib.
Onun sözlərinə görə, 14 yeni çoxməqsədli fazalaşdırılmış antenalı radar (MMPAR) Kanberra şəhərində yerləşən “CEA Technologies” şirkəti tərəfindən istehsal ediləcək: "Bunlar hərbçilərimizə uzaq məsafələrə dəqiq atəş açmaq imkanı verəcək və potensial təhlükələrin diqqətli monitorinqinə imkanı verəcək".
Radarların qitənin cənubunda yerləşdirilməsi planlaşdırılır. Müqavilənin ümumi məbləği 272 milyon Avstraliya dollarından (171,9 milyon ABŞ dolları) çoxdur. İlk partiyanın 2027-ci ilə çatdırılması planlaşdırılır.
AzNews.az