Ukraynada Rusiyanın casus şəbəkəsi ifşa olundu, Antiterror Mərkəzinin Qərargah rəisi həbs edildi - SON ANDA

Ukraynanın Təhlükəsizlik Xidməti Rusiya kəşfiyyatının mənafeyinə uyğun olaraq casusluq edən şəxsi həbs edib.

Əməliyyat xidmət rəisi Vasili Malyukun rəhbərliyi ilə həyata keçirilib.

Tutulan şəxsin Ukrayna Təhlükəsizlik Xidmətinin Antiterror Mərkəzinin Qərargah rəisi, polkovnik Dmitri Kozyura olduğu açıqlanıb.

Malyuk detallar barədə danışarkən bildirib ki, həmin şəxsin saxlanılması zamanı aşkar və gizli əməliyyat-axtarış fəaliyyətinin bütün üsullarından istifadə edilib: “Biz xüsusi qaydalara uyğun şifrələnmiş proqram təminatı vasitəsilə Ukrayna Təhlükəsizlik Xidmətinin Antiterror Mərkəzinin Qərargah rəisi, polkovnik Dmitri Kozyuranın istifadəsində olan elektron vasitələrə müdaxilə etdik, eləcə də audio-video nəzarət üsullarından yararlandıq. Bu proses çərçivəsində onun həyata keçirdiyi əməllər, yəni müvafiq informasiyanın qarşı tərəfə ötürüldüyü tam olaraq sübuta yetirildi”.

AzNews.az