- Dünyanın halı
- 12 Fevral 21:45
- 1 055
Zelenskinin sözünün canı: ABŞ dəstəkçi olmasa, Ukrayna yoxdur!
![](https://www.aznews.az/storage/2023/03/30/zelenskiy-reuters-1860171_2.jpg)
ABŞ-də administrasiya dəyişikliyinin Ukrayna-Rusiya müharibəsinə əks olunması maraqla gözlənilir.
Bu kontekstdə Ukrayna prezidenti Volodimir Zelenski Britaniya mətbuatına danışıb.
Ukrayna lideri Avropanın amerikalılar olmadan da təhlükəsizlik zəmanəti verə biləcəyini deyənlərin olduğunu, lakin bununla razılaşmadığını bildirib və əlavə edib ki, “ABŞ-siz təhlükəsizlik zəmanəti real təhlükəsizlik zəmanəti deyil”.
Zelenski ölkəsinin danışıqlara hazır olduğunu deyib.
Trampı inandırmaq üçün Amerika şirkətlərinə gəlirli yenidənqurma müqavilələri və investisiya imtiyazları təklif edəcəyini deyən Zelenski deyib: “Ukraynanı xilas etməkdə bizə kömək edənlərin öz biznesləri ilə Ukraynanı yeniləmək şansı olacaq. Biz bütün bunları ətraflı müzakirə etməyə hazırıq”.
Mövsüm
Aznews.az