İsrail gücünə güc qatdı: ABŞ-dan 1 ton MK-84 bombası aldı

Yanvarın sonunda ABŞ prezidenti Donald Tramp tərəfindən qadağası ləğv olunan 1 tona yaxın MK-84 ağır bomba partiyası dəniz yolu ilə İsrailə çatdırılıb və Aşdod limanında boşaldılıb.

Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb:

"Bir müddət əvvəl ABŞ hökuməti tərəfindən təsdiqlənmiş ağır hava bombalarının yükü İsraildə qəbul edilərək boşaldılıb. MK-84 ağır hərbi sursatları daşıyan gəmi Aşdod limanına yanaşıb. Sursatlar onlarla yük maşınına yüklənərək İsrail Hərbi Hava Qüvvələrinin bazalarına daşınıb".

İsrailin müdafiə naziri İsrael Katz deyib ki, Tramp administrasiyası tərəfindən qərara ilə bir gecədə İsrailə çatdırılan sursat əhəmiyyətli bir sərvətdir və İsrail ilə ABŞ arasında möhkəm ittifaqın daha bir sübutudur. O əlavə edib ki, Pentaqonun katibi Pete Heqset son açıqlamasında Amerikanın İsrailin təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün vasitələrlə təchiz edilməsi öhdəliyini bir daha təsdiqləyib. İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan açıqlamaya görə, Katz "Prezident Donald Trampa və ABŞ administrasiyasına İsrail Dövlətinə davamlı dəstəyinə görə təşəkkür edirəm" deyib.

AzNews.az