- Dünyanın halı
- 17 Fevral 16:10
- 2 351
İsrail ordusu HƏMAS-ın Livandakı komandirini məhv etdiyini açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Səidə bölgəsində Fələstin HƏMAS hərəkatının komandirini vurub.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
" İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı zamanı IAF təyyarələri Səidə bölgəsinə hücum edib və terrorçu Məhəmməd Şahini məhv edib", - Telegram kanalında yayılan bəyanatda deyilir.
İDF-nin məlumatına görə, öldürülən şəxs HƏMAS-ın Livandakı əməliyyat bölməsinə rəhbərlik edib və yəhudi dövlətinin ərazisinə hücumların planlaşdırılmasında iştirak edib.
Mövsüm
Aznews.az