- Dünyanın halı
- 18 Fevral 19:59
- 2 669
HƏMAS-ın Qəzzadakı lideri dörd ölü girovun cəsədinin İsrailə təhvil verildiyini açıqlayıb

Fələstinin HƏMAS radikal hərəkatı fevralın 20-də ölən dörd girovun cəsədini İsrailə təhvil verəcək.
Bu barədə Qəzza zolağındakı hərəkatın lideri Xəlil əl-Heya məlumat verib.
“Quds” portalının Telegram kanalında yayılan məlumata görə, “Atəşkəs razılaşması üzrə danışıqların ikinci mərhələsinə hazırlıq məqsədilə cümə axşamı dörd israilli girovun cəsədi təhvil veriləcək”.
Qeyd olunur ki, daha əvvəl azad edilən Yarden Bibasın ailə üzvlərinin də cəsədləri köçürüləcək.
Mövsüm
Aznews.az