- Dünyanın halı
- 18 Fevral 20:01
- 2 017
Rusiya XİN Moskva və Vaşinqtonun Ukraynadakı münaqişəni həll etmək niyyətini təsdiqləyib

Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda keçirilən görüşdə Ukraynadakı münaqişənin həllinə dair ümumi öhdəliklərini təsdiqləyiblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
“Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Münaqişənin həllinə dair qarşılıqlı öhdəlik təsdiqləndi. Rusiya tərəfi bunun əsas səbəblərini aradan qaldırmağın vacibliyini vurğuladı”, – deyə nazirliyin saytında qeyd olunur.
Bundan əlavə, Amerika tərəfinə regiondakı bütün ölkələrin təhlükəsizliyini və maraqlarını təmin edən güclü və uzunmüddətli sülh üçün şərait yaratmaq lazım olduğu bildirilib. Görüş iştirakçıları bu sahədə ümumi işi davam etdirmək barədə razılığa gəliblər və bu işi yaxın vaxtlarda təyin olunacaq xüsusi nümayəndələr həyata keçirəcəklər.
Rəfiqə
Aznews.az