- Dünyanın halı
- 24 Fevral 23:23
- 1 001
Qırğızıstanda “kütləvi üsyan” planlaşdıran qruplaşmaya qarşı əməliyyat keçirilib

Qırğızıstanda kütləvi üsyanlar törətməyə və hakimiyyəti ələ keçirməyə cəhd edən çevriliş qrupuna qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Mərkəzindən verilən məlumata görə, polisin 20 dekabr 2024-cü il tarixdə aldıqları bildiriş əsasında Qırx Qəbilə və Yeddi Bölgə ittifaqı adlı dərnəyin üzvlərinin tez-tez toplanaraq kütləvi üsyan planları qurduğunu müəyyən etdiyi bildirilib.
Açıqlamada dərnək üzvlərinə qarşı “kütləvi üsyan təşkil etmək” ittihamı ilə istintaq başladıldığı və qruplaşmanın 11 üzvünün saxlanıldığı qeyd edilib.
Açıqlamada qrup üzvlərinin məskunlaşdıqları ünvanlarda axtarış aparıldığı, axtarışlar zamanı əl qumbaraları, ov tüfəngləri, tapançalar, döyüş sursatı, kamuflyaj geyimləri, narkotik vasitələr, maskalar, kütləvi iğtişaşın təşkili üçün təlimatlar, silahlar, dövlət nömrə nişanları, mobil telefonlar və yaddaş kartları götürüldüyü bildirilib.
Mövsüm
Aznews.az