- Dünyanın halı
- 25 Fevral 18:35
- 2 950
Hind okeanında itən Malayziya Hava Yollarına məxsus təyyarənin axtarışı davam etdirilir

Britaniyanın "Ocean Infinity" şirkəti 2014-cü ilin martında yoxa çıxan MH370 reysinin axtarışlarını bərpa etmək qərarına gəlib.
Bu barədə Avstraliyanın "9News" portalı məlumat yayıb .
"Ocean Infinity" təxminən 15 min kvadratmetr ərazini araşdıracaq. Bu axtarış 200 min kvadratmetr ərazini əhatə edən əvvəlkilərdən daha məqsədyönlü olacaq.
Axtarışda Britaniya şirkətinin “Armada” gəmisi iştirak edəcək. Ocean Infinity-nin Malayziya hökuməti ilə “tapılmadığı təqdirdə ödənişsiz” müqavilə bağladığı vurğulanır. Təyyarənin qalıqları və qara qutular aşkar edilərsə, onların analizinin hansı yurisdiksiyada aparılacağı hələ müəyyən edilməyib.
Mövsüm
Aznews.az