- Dünyanın halı
- 26 Fevral 19:05
- 2 255
Taylandda turist avtobusunun qəzaya uğraması nəticəsində 19 nəfər ölüb

Tailandda turist avtobusunun qəzaya uğraması nəticəsində 19 nəfər ölüb, 30 nəfər yaralanıb.
Bu barədə yerli "Thairath" nəşri məlumat yayıb.
Hadisə Praçinburi əyalətində dağ yolunun bir hissəsində baş verib. Avtobus yüksək sürətlə sürüşərək yoldan çıxaraq aşıb. Nəqliyyat vasitəsinin sürücüsü qəza zamanı əyləclərin nasaz olduğunu bildirib.
Hazırda hüquq-mühafizə orqanları qəzadan sonra itkin düşən turistlərdən birini axtarır. Polis də qəza ilə bağlı araşdırma aparır.
Mövsüm
Aznews.az