Çin XİN sözçüsü: ABŞ Çin və Rusiya arasında nifaq sala bilməyəcək

ABŞ-nin Rusiya-Çin münasibətlərində nifaq salmaq cəhdləri uğursuzluğa məhkumdur.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian bildirib.

"Beynəlxalq vəziyyət necə dəyişsə də, Çin-Rusiya münasibətləri sakit şəkildə inkişaf edəcək və ABŞ-nin Çin və Rusiya arasında nifaq salması tamamilə faydasızdır", - o, brifinqdə deyib.

Lin Jian bildirib ki, Rusiya-Çin əməkdaşlığının öz daxili dinamikası var və üçüncü ölkələrin təsirinə tabe deyil. Eyni zamanda, hər iki dövlətin inkişaf strategiyaları uzunmüddətli perspektiv üçün nəzərdə tutulub.

Mövsüm

Aznews.az