SCMP: Çin 16 Mach reaktiv yanacaq mühərriki yaradır

Dünyanın ilk 16 Mach (19,5 min km) sürətə çata bilən reaktiv mühərriki Çində hazırlanmışdır.

Bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.

Qeyd edilir ki, bu ixtira hipersəs texnologiyaları sahəsində mühüm sıçrayışa çevrilə, hava və kosmik uçuşların imkanları haqqında fikirləri dəyişdirə bilər.

“Pekindəki JF-12 şok tunelində 40 km-dən (25 mil) yuxarı hündürlükdə yüksək Mach uçuş şəraitini imitasiya edən bir sıra əsaslı təcrübələr zamanı Çin Elmlər Akademiyasının (CAS) tədqiqatçıları adi kommersiya kerosini olan RP-3 reaktiv yanacağından istifadə edərək sabit əyilmiş dalğalara nail olublar”.

Mövsüm

Aznews.az