"The Economist" jurnalı prezident Ərdoğanı üz qabığına qoyub: Qlobal güc mübarizəsi

Böyük Britaniyada nəşr olunan "The Economist" jurnalı yeni çıxan sayı ilə diqqət çəkib.

Jurnal Amerikanın qaydalara uyğun gəlməyən qlobal güc mübarizəsinin sürətlə formalaşdığına toxunaraq, 1945-ci ildən sonrakı nizamın dağılmağa başladığına və Amerikanın beynəlxalq arenadakı rolunun getdikcə zəiflədiyinə diqqət çəkib.

Jurnal öz üz qabığında bu qlobal güc mübarizəsində ən təsirli olan dünya liderlərini əks etdirirdi.

ABŞ-nin dünyada təsirli rolunun zəiflədiyinə diqqət çəkən və ABŞ-ni əvəz etməyə yaxınlaşan dünya liderlərinin sadalandığı üz qabığında Donald Trampın “mafiya” kimi təsvir edilməsi diqqət çəkib.

Üz qabığında Donald Trampın arxasında Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin baş naziri Benyamin Netanyahu olub.

Mövsüm

Aznews.az