- Dünyanın halı
- 28 Fevral 20:26
- 968
Çində narkotik qaçaqmalçılığına görə 7 nəfər saxlanılıb

ABŞ prezidenti Donald Tramp narkotik ticarətinin artması ilə əlaqədar Meksika, Kanada və Çinə tariflərin martın 4-dən qüvvəyə minəcəyini açıqlayıb.
Trampın bəyanatından sonra Meksika narkotik baronları da daxil olmaqla 29 nəfəri ABŞ-ə təhvil verərkən, Çində də narkotik əməliyyatı keçirib.
Çin Xalq Təhlükəsizliyi Nazirliyindən verilən açıqlamada 7 böyük narkotik alverçisinin saxlanıldığı və 28,1 ton narkotikin müsadirə edildiyi bildirilib.
Nazirlik həmçinin dərman istehsalında istifadə edilən 7 yeni kimyəvi maddənin daxili nəzarət siyahısına, 24 kimyəvi maddənin isə ixrac nəzarəti siyahısına əlavə edildiyini açıqlayıb.
Mövsüm
Aznews.az