İran Öcalanın çağırışını dəyərləndirir

Terrorsuz Türkiyə hədəfinə doğru böyük bir addım atıldı.

Terror təşkilatı PKK-nı silahı yerə qoymağa çağıran MHP lideri Dövlət Baxçalının açıqlamalarından sonra mühüm proses başlayıb.

Bu müddət ərzində 3 dəfə İmralıya gedən və Abdullah Öcalanla görüşən DEM Partiyasının heyəti gözlənilən bəyannaməni oxudu.

Türk, kürd, ərəb və ingilis dillərində yayımlanan çağırışda Öcalan PKK-nın bütün ünsürlərinə bu gündən etibarən silahlarını yerə qoyma göstərişi verərək tarixi çağırış edib.

İmralıdan verilən açıqlamada, “Bütün qruplar silahlarını yerə qoymalı, PKK özünü dağıtmalıdır”, - deyə qeyd edilib.

Öcalan da bu çağırışın tarixi məsuliyyətini öz üzərinə götürdüyünü vurğulayıb.

Bütün dünyanın yaxından izlədiyi açıqlamadan sonra İrandan da açıqlama gəldi.

Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekai PKK liderinin silahı yerə qoyma çağırışını alqışladığını və bu addımı zorakılığın rədd edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirdiyini bildirib.

Bekai İran İslam Respublikasının qonşu Türkiyədə terrora son qoyulması və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək istənilən prosesi dəstəkləyəcəyini vurğulayıb və bu inkişafın bütün regiona müsbət təsir göstərəcəyinə ümid etdiyini bildirib.

Mövsüm

Aznews.az