- Dünyanın halı
- 28 Fevral 21:03
- 886
Hindistanda qar uçqunu altında qalan 41 nəfəri xilas etməyə çalışır

Hindistanın Uttarxand əyalətində qar uçqunu altında qalan 57 nəfərdən 16-sı xilas edilib, digərlərinə çatmaq üçün işlər aparılır.
"Hindustan Times" xəbər verir ki, səlahiyyətlilər əyalətin şimal hissəsində, Çinin Tibet Muxtar Bölgəsi ilə sərhədinə yaxın ərazidə qar uçqunu olduğunu bildiriblər.
Səlahiyyətlilər qeyd edib ki, ilkin məlumatlara görə, 57 nəfər uçqun altında qalıb, onlardan 16-sı xilas edilib.
Səlahiyyətlilər qar uçqunundan zərər çəkmiş əraziyə girişin olmadığına və hava şəraitinin xilasetmə işlərini çətinləşdirdiyinə diqqət çəkərək, itkin düşən 41 nəfərin tapılması üçün axtarış-xilasetmə işlərinin davam etdiyini bildiriblər.
Mövsüm
Aznews.az