Yaponiyada meşə yanğını: 2100 hektarlıq ərazi yanıb

Fevralın 26-da Yaponiyanın şimal-şərqində başlayan meşə yanğınında təxminən 2100 hektar ərazinin külə döndüyü bildirilib.

NHK dövlət televiziyasının xəbərinə görə, hakimiyyət İvate prefekturasının Ofunato şəhərində meşə yanğını ilə bağlı açıqlama verib.

Təxminən 2100 hektar ərazinin külə çevrildiyini bildirən səlahiyyətlilər, yanğınlarla mübarizə üçün ölkə üzrə 2000-dən çox yanğınsöndürən ayrıldığını açıqlayıb.

Səlahiyyətlilər tüstünün yaşayış məntəqələrinə doğru irəlilədiyini və 80-dən çox binanın zədələndiyini qeyd edib.

Səlahiyyətlilər yanğına havadan və qurudan müdaxilənin davam etdiyini və yanğın səbəbindən təxminən 1200 şəhər sakininin təxliyə edildiyini bildirib.

Ofunato qubernatoru Fuçiqami Kiyoşi alovun daha da yayılmasından narahat olduqlarını bildirib.

Səlahiyyətlilər fevralın 27-də ərazidə aparılan iş zamanı yanmış meyitin tapıldığını bildiriblər.

Mövsüm

AzNews.az