Aİ Ukraynaya yeni hərbi yardım paketinin hazırlanmasını dayandırır

Avropa İttifaqının Ukraynaya yeni hərbi yardım paketi hazırlaması mühüm maneələrlə üzləşib.

Bu barədə “Politico” yazı dərc edib.

Qeyd edilib ki, Aİ Macarıstanın etirazına görə Kiyevə 20 milyard avroluq yeni hərbi yardım paketinin hazırlanmasını dayandırır.

Bundan əvvəl, Aİ səfirlərinin görüşündə Macarıstan Ukrayna ilə bağlı Aİ-nin Kiyevə verə biləcəyi təhlükəsizlik zəmanətləri və yeni hərbi yardım paketini ehtiva edən mətn layihəsini bloklayıb.

Aİ dövlət və hökumət başçıları martın 6-da keçiriləcək fövqəladə sammitdə Ukraynaya yeni hərbi yardımın təfərrüatlarını və həcmini müəyyənləşdirməyi planlaşdırır. Ali Nümayəndə Kaya Kallas Aİ liderlərinin yeni yardımı təsdiqləyəcəyinə dair nikbin olduğunu bildirib. (APA)

Aznews.az