Misir prezidentindən Qəzza planı çağırışı

Sisi paytaxt Qahirədə keçirilən " Fələstin " mövzusunda Ərəb Liqasının fövqəladə Zirvə toplantısında çıxış edib.

Sammitin regional böhranın kölgəsində keçirildiyinə diqqət çəkən Sisi, Yaxın Şərqin təhlükəsizlik və sabitliyi təhdid edən ciddi problemlərlə üzləşdiyini bildirib.

" Qəzzaya edilən hücumlar bəşər tarixində qara iz buraxdı, nifrətin yayılması və ədalətin olmaması ilə başlandı", - deyə Sisi bildirib.

Sisi, İsrailin Qəzzaya hücumlarının əsas həyat ehtiyaclarını məhv etdiyini və Qəzzada olan fələstinlilərin “yaşamaq və köçkün olmaq” arasında seçim etmək məcburiyyətində qaldıqlarını bildirib.

" Fələstin xalqının öz torpaqlarına bağlılığı bir nümunədir, hüquqlarına nail olmaq əzmi nümunədir".

Misirin Qətər və digər “qardaş ölkələr”lə atəşkəs əldə etməyə çalışdığını ifadə edən Sisi, “Qəzza zolağının idarə olunması üçün müstəqil Fələstinlilərdən ibarət komitənin yaradılması üçün Fələstindəki qardaşlarımızla əməkdaşlıq etdik”,- deyə vurğulayıb.

Sisi qeyd edib ki, növbəti mərhələdə Qəzzanın təhlükəsizliyinə cavabdeh olacaq Fələstin təhlükəsizlik bölmələri hazırlanır.

Mövsüm

Aznews.az