- Dünyanın halı
- 5 Mart 18:11
- 2 416
Əhməd Şəra: Fələstin xalqının köçürülməsinə çağırışlar bütün ərəb xalqı üçün təhlükədir

Suriya prezidenti Əhməd Şəra Misirin paytaxtı Qahirədə keçirilən Ərəb Liqasının Fələstin üzrə fövqəladə Zirvə toplantısında çıxış edib.
Suriya prezidenti Şəra bildirib ki, ölkəsinin Ərəb Liqasına qayıtması Suriyanın bölgədə təhlükəsizlik və sabitliyin artırılması üçün çalışacağının göstəricisidir.
"Bu gün biz Fələstin xalqının qanını tökmək bahasına regionun xəritəsini yenidən cızmaq istəyən həllərin tətbiqi üçün yeni cəhdlərin şahidi oluruq".
“Fələstin xalqının köçürülməsinə çağırışlar ərəb milləti üçün təhlükədir”.
Şəra, fələstinliləri köç etməyə məcbur etmək planlarını rədd etdiyini bildirib.
"Fələstinlilərin didərgin salınması Fələstin xalqını öz torpaqlarından qoparmağa yönəlmiş daha böyük layihənin əsasını təşkil edir",- deyə Şəra qeyd edib.
"Bu gün Qəzzada baş verənlər bizim hamımız üçün oyanış çağırışıdır. Ərəb ölkələri mövqelərini birləşdirməli və Fələstin xalqına qarşı öz məsuliyyətlərini üzərinə götürməlidirlər", - Suriya prezidenti bildirib.
Şəra Qəzzədəki vəziyyətə də toxunaraq, "Qəzzəyə yardım etməyə və hücumlara son qoymağa hazırıq. Suriya xalqı azadlıq və ədalət yolunda hər addımda Fələstinli qardaşlarının yanında olacaq",- deyə vurğulayıb.
Fələstin xalqının öz torpaqlarına qayıtma və öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiklərini vurğulayan Şəra, İsrailin Suriya xalqının hüquqlarını pozmaqda davam etdiyini qeyd edib.
Mövsüm
Aznews.az