- Dünyanın halı
- 18:20
- 908
Çin XİN: Heqsetin müharibəyə hazır olması ilə bağlı bəyanatı qarşıdurmaya səbəb olur

ABŞ müdafiə naziri Pit Heqsetin Çinlə müharibəyə hazır olması ilə bağlı açıqlamaları qarşıdurmaya səbəb olur.
Bunu keçirdiyi brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian deyib.
Jianın fikrincə, Heqsetin Çinlə müharibə istəmədikləri, lakin buna hazır olacaqları barədə bəyanatları “qəsdən ideoloji qarşıdurmaya səbəb olur və Çin təhlükəsi mövzusunu şişirdir”.
"Çinin mövqeyi aydın və ardıcıldır: istər tarif, istərsə də ticarət müharibəsi, soyuq və ya qaynar müharibə olsun, ondan heç nə çıxmayacaq, qalib gəlmək mümkün deyil", - Jianq qeyd edib.
Mövsüm
Aznews.az