- Dünyanın halı
- 8 Mart 21:23
- 3 581
Torontoda atışma nəticəsində 12 nəfər yaralanıb

Kanadanın Toronto şəhərində kafedə baş verən atışma nəticəsində 12 nəfər yaralanıb.
Aznews.az “CTV” telekanalına istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin nümayəndəsi Pol Makinteyr məlumat yayıb.
Onun sözlərinə görə, cümə günü axşam saatlarında Skarboro bölgəsində yeni kafe açılıb. Bir müddət sonra məkana üç naməlum maskalı şəxs daxil olub, onlardan biri avtomatla silahlanmışdı.