- Dünyanın halı
- 9 Mart 19:41
- 2 007
KİV: Suriyada toqquşmalarda 230-dan çox hərbçi həlak olub

Latakiya vilayətində Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında toqquşmalar yenidən başlayıb.
Aznews.az xəbər verir ki, bu barədə “Al-İxbariya” telekanalı məlumat yayıb.
Suriya hakimiyyəti bölgədə təhlükəsizliyi qorumaq və sabitliyi artırmaq üçün Tartus əyalətində yerləşən Əl-Qədmous şəhərinə əlavə qüvvələr göndərib.
SANA agentliyi xəbər verir ki, ölkənin cənub və cənub-qərbində yerləşən Dəra və Əs-Suveyda əyalətlərində mobil telefon və internet xidmətləri dayandırılıb. Məlumata görə, təxribat nəticəsində Dəra və Dəməşq arasındakı kabellər kəsilib.