- Dünyanın halı
- 10 Mart 21:14
- 949
Avropa İttifaqı Əhməd Şaranı Brüsselə dəvət edir

Son xəbərlərə görə, Suriyada yeni administrasiyaya doğru Avropadan müsbət addım atılıb.
Əsəd rejiminin devrilməsindən sonra qurulan keçid hökuməti və prezident Əhməd Şara beynəlxalq aləmdə özünə yer tapmağa çalışır.
Ölkədə yenidənqurma prosesi və normallaşma üçün Avropa və ABŞ sanksiyalarına son qoymaq üçün danışıqlar aparan Suriya hökumətinə Avropadan mühüm dəvət gəlib.
Aİ Komissiyası Suriya prezidenti Şaranın donor konfransı üçün Brüsselə dəvət edildiyini açıqlayıb.
Bu çərçivədə martın 17-də ianə konfransı keçiriləcək.
Suriya rəhbərliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Mövsüm
Aznews.az