- Dünyanın halı
- 10 Mart 21:17
- 1 201
Qvatemalada Fueqo vulkanı püskürüb

Mərkəzi Amerika ölkəsi Qvatemalada Fueqo vulkanı püskürüb.
Səlahiyyətlilər paytaxt Qvatemala şəhərinin təxminən 50 kilometr cənub-qərbində yerləşən Fueqo vulkanının ötən gecə püskürdüyünü açıqlayıb.
Təxminən 300 ailənin təxliyə edildiyini bildirən səlahiyyətlilər, bölgədə yaşayan 30 min insanın risk altında ola biləcəyi barədə xəbərdarlıq edib.
Səlahiyyətlilər hələlik itkilər barədə məlumat verilmədiyini qeyd edib.
Hündürlüyü 3 min 763 metrə çatan "Fueqo vulkanı" Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biridir.
Vulkan 2018-ci ildə püskürüb və təxminən 200 nəfərin ölümünə səbəb olub.
Mövsüm
Aznews.az