NDTV: Pakistandan qatar qaçıran bütün girovlar azad edilib

Pakistanda terrorçular tərəfindən qaçırılan qatardakı bütün girovlar azad edilib.

Bu barədə ordu sözçüsünə istinadən NDTV məlumat yayıb .

"Pakistanda ölümcül mühasirə zamanı silahlı şəxslər tərəfindən girov götürülən qatardakı bütün sərnişinlər azad edilib", - ordu sözçüsü bildirib.

Əməliyyat zamanı 28 əsgərin şəhid olduğu qeyd edilir. Qatarda ümumilikdə 450 sərnişin olub.

Mövsüm

Aznews.az